Şahbaz Şərif: İnkişaf etməkdə olan ölkələrin öhdəliklərini yerinə yetirməsi üçün 6 trilyon dollardan çox vəsaitə ehtiyacı var

13/11/2024 - 13:21

"Pakistan ümumi enerji tələbatının 60 faizinin ekoloji cəhətdən təmiz mənbələr hesabına əldə etməyi öhdəlik götürüb". APA xəbər verir ki, bu sözləri Pakistan Prezidenti Məhəmməd Şahbaz Şərif "COP29 çərçivəsində İqlim dəyişmələrinin su hövzələrinin azalmasına mənfi təsirləri" mövzusunda Dünya liderlərinin təqdimatı tədbirində deyib. O, həmçinin BMT çərçivəsində keçirilən COP27, COP28 və COP29 iqlim sammitlərində əldə olunan nəticələrin icrasının təmin edilməli, razılaşmaların isə yerinə yetirilməli olduğunu söyləyib: "İqlim dəyişikliyi ilə bağlı tədbirlərin uğurlu olması üçün ilk növbədə, Parisdə 10 il əvvəl götürülən öhdəliklər yerinə yetirilməlidir. Pakistan xalqı əməksevər və məsuliyyətli xalqdır. Biz ümumi enerji tələbatımızın 60 faizinin ekoloji cəhətdən təmiz mənbələr hesabına əldə etməyi öhdəmizə götürmüşük. Lakin bunun üçün ölkəmizin beynəlxalq dəstəyə ehtiyacı var. İnkişaf etməkdə olan ölkələrin öz öhdəliklərini yerinə yetirməsi üçün 6 trilyon dollardan çox vəsaitə ehtiyacı var. Azərbaycanın rəhbərliyi ilə COP29-un maliyyə sammitinə çevriləcəyinə inanıram. İki il əvvəl biz demişdik ki, gələcək bizim fəaliyyətsizliyimizi bağışlamayacaq".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

GÜNÜN MÜBARƏK,SUMQAYITIM!
23/11/2024 - 15:56
Onu da həbs gözləyir
19/11/2024 - 23:52
Azərbaycanlı alim vəfat edib
19/11/2024 - 23:44
Uşaqlarda inkişaf ləngiməsi
19/11/2024 - 14:20