Salyan gəncləri üçün “Maslonun ehtiyaclar piramidası” adlı təlim keçirilib - FOTOLAR

26/12/2022 - 10:47

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyində “Maslonun ehtiyaclar piramidası” adlı təlim keçirilib.

Qafqaz.media xəbər verir ki, təlimdə təlimçi Günel Salayeva gənclərə “Ehtiyaclar iyerarxiyası”, “Piramidanın mərhələləri”, “Fizioloji ehtiyaclar”, “Təhlükəsizlik ehtiyacları”, “Aid olma, sevgi ehtiyacı”, “Hörmət ehtiyacı”, “Özünü reallaşdırma ehtiyacı” və “Özünü qiymətləndirmə” haqqında məlumat verib.

İnteraktiv keçən təlimdə gənclər komanda işində “Ehtiyaclar piramidası”nın mərhələlərinə aid təqdimat hazırlayıb və təqdim ediblər.

Sonda təqdimatlar əsasında fikir mübadiləsi aparılıb.

Təlimlər region gənclərinin şəxsi inkişafına töhfə vermək məqsədilə keçirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49