Sualtı dünyaya və dünya sularında yaşayan canlıların əhəmiyyətinə həsr olunan sərgi açılıb - FOTO

11/11/2024 - 17:20

Bakıda keçirilən COP29 çərçivəsində dənizkənarı bulvarda “FINS Initiative” (Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi) adı altında sərgi təşkil olunub. APA xəbər verir ki, sərgilənən fotolarda suda yaşayan müxtəlif canlıların görüntüləri əks olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, eyni zamanda, Prezidentin köməkçisi Anar Ələkbərov sərgini ziyarət ediblər. “Rurutu qozbel balinası” fotosunun müəllifi kanadalı fotoqraf Maksvel Xon, dəniz mühafizəçisi Elissa Phillips fotolar barədə qısa məlumat veriblər. Daha sonra sərgi iştirakçıları Xəzərin sahilinə yerləşdirilmiş "Captain Boomer" əsərini - maket balinanı ziyarət ediblər. Qeyd edək ki, “FINS Initiative”in məqsədi bu vacib məsələləri COP29-da müzakirəyə çıxarmaq, dünya okeanlarının, o cümlədən, Xəzər dənizimizin problemlərini müzakirə edərək COP29-a təklif etmək üçün birgə bəyanat hazırlamaqdır. “FINS Initiative”nin 11 gün ərzində yaşıl zonada qurulmuş pavilyonunda xarici ekspertlərlə panel müzakirələr, təqdimatlar və mövzuya aid çəkilmiş sənədli filmlər nümayiş təşkil ediləcək. 

Sualtı dünyaya və dünya sularında yaşayan canlıların əhəmiyyətinə həsr olunan sərgi açılıb - FOTO Sualtı dünyaya və dünya sularında yaşayan canlıların əhəmiyyətinə həsr olunan sərgi açılıb - FOTO Sualtı dünyaya və dünya sularında yaşayan canlıların əhəmiyyətinə həsr olunan sərgi açılıb - FOTO Sualtı dünyaya və dünya sularında yaşayan canlıların əhəmiyyətinə həsr olunan sərgi açılıb - FOTO Sualtı dünyaya və dünya sularında yaşayan canlıların əhəmiyyətinə həsr olunan sərgi açılıb - FOTO Sualtı dünyaya və dünya sularında yaşayan canlıların əhəmiyyətinə həsr olunan sərgi açılıb - FOTO Sualtı dünyaya və dünya sularında yaşayan canlıların əhəmiyyətinə həsr olunan sərgi açılıb - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

GÜNÜN MÜBARƏK,SUMQAYITIM!
23/11/2024 - 15:56
Onu da həbs gözləyir
19/11/2024 - 23:52
Azərbaycanlı alim vəfat edib
19/11/2024 - 23:44
Uşaqlarda inkişaf ləngiməsi
19/11/2024 - 14:20