Tələbələrə kirayə haqqı və yolpulu verilə bilər
11/12/2023 - 23:45
“Tələbələrin nəqliyyat və kirayə pulunun ödənilməsində yaşadıqları çətinliklərin aradan qaldırılması hədəflənir”.
Xezerxeber.az-ın məlumatına görə, bunu Təhsil Tələbə Kredit Fondunun şöbə rəisi Tehranağa Abdullayev bildirib.
O deyib ki, bu məqsədlə müəyyən mexanizm təklif edilir.
Yeniliklərdən biri əvvəllər Fondun standart paketindən istifadə edərkən tələbənin ödədiyi 20%-lik vəsaitlə bağlıdır.
Digər bir yenilik sosial cəhətdən həssas qrupları əhatə edir.
Yeniliklərin qüvvəyə minməsi üçün Nazirlər Kabineti müvafiq qərar qəbul etməlidir.
Ətraflı süjetdə: