TÜRK LİRƏSİ ANTİREKORD VURDU – Son 1 ildə dollar 55 faiz bahalaşıb

11/12/2023 - 14:04

Bazar ertəsi türk lirəsi bir dollar üçün 29 lirəyə çataraq yeni tarixi minimuma çatıb.

“Sözcü” xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsindən sonra dollar 55% bahalaşıb.

Türk lirəsi qarşısında avronun məzənnəsi 31,23-ə çatıb. İlin əvvəlindən 19,97 civarında olan avronun məzənnəsi 56% artıb.

Xatırladaq ki, Ərdoğan bir neçə il ərzində qeyri-ənənəvi pul siyasətini həyata keçirdi, o cümlədən artan inflyasiya şəraitində əsas faiz dərəcəsini azaltdı. Lakin iyun ayında kursu dəyişdi, yeni kabinet və mərkəzi bankın rəhbəri təyin etdi və altı ay ərzində faiz dərəcəsi 8,5%-dən 40%-ə qaldırıldı.