Türkiyə artıq ruslar üçün cəlbedici deyil - Çünki...

18/07/2024 - 13:15

Qərbin sanksiyaları və yüksək qiymətlərin yaratdığı problemlər Türkiyənin rus turistlər üçün cəlbediciliyini azaldır. Publika.az xəbər verir ki, bunu Türkiyənin iqtisadi şərhçisi Mustafa Recep Ercin “RİA Novosti”yə müsahibəsində bildirib. Rusiya Turoperatorları Assosiasiyasının vitse-prezidenti, “Russian Ekspress” tur operatorunun baş direktoru Taras Kobişşanov isə qeyd edib ki, Rusiyadan Türkiyəyə iyul turlarına tələbatın azalması otel sahiblərini qiymətləri endirməyə vadar edib. Onun sözlərinə görə, Türkiyədəki qiymətlərin hələ də ruslar üçün yüksək olması rublun məzənnəsi ilə bağlıdır: "Turizm mövsümü ümumən yaxşı getsə də otellərdə doluluq zəif olaraq qalır. Uzunmüddətli tətillər səbəbindən daxili turizm bir qədər aktiv idi. Türkiyədə inflyasiya yüksək olaraq qalır. Bu ölkə xarici valyutada bahalı regiona çevrilib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12
Türkiyədə ZƏLZƏLƏ
03/08/2024 - 17:09