Türkiyənin İzmir vilayətində yanğın davam edir, 16 ev yanıb - VİDEO - YENİLƏNİB

17/08/2024 - 07:39

Türkiyənin İzmir vilayətində baş verən yanğının södürülməsi üçün aparılan işlər davam etdirilir. APA xəbər verir ki, baş vermiş yanğınların yayılmasının əsas səbəbi küləyin sürətinin yüksək olması olub. İzmirin Karşıyaka rayonunda yanğın artıq yaşayış məntəqələrinə çatıb. İzmirdə 16 ev yanıb, 87 ev təxliyə edilib, 44 iş yeri də boşaldılıb. Vilayətdə yanğınların söndürülməsi üçün 5 təyyarə, 15 helikopter, 46 su tankeri, 10 su təchizatı, 4 buldozer və digər texnikalarla müdaxilə davam edir.

***

16:14

Ötən axşamdan Türkiyənin İzmir və Manisa vilayətlərində meşə yanğınları başlayıb. APA-nın “TRT Haber”ə istinadən xəbərinə görə, alovun daha da genişlənməsinin qarşısını almaq üçün əraziyə personalının ümumi sayı 1000 nəfərə çatan yanğınsöndürmə briqadaları, xeyli sayda xüsusi texnika və helikopterlər cəlb edilib. İzmirin valisi Süleyman Elban yanğınlar zamanı insan tələfatına yol verilməməsi üçün kəndlərdən birinin, eləcə də bir yaşayış məntəqəsində iki məhəllənin tamamilə boşaldıldığını bildirib. O deyib ki, yerli əhali arasında tələfat qeydə alınmayıb. Vali yanğınla effektiv mübarizə üçün küləyin sürətinin səngiməsinin vacibliyinə toxunub. Məlumata əsasən, sürəti saatda 80 kilometrə çatan külək alovun ram edilməsinə imkan vermir.

Bolu, Manisa və Çanakkale bölgələri də meşə yanğınları ilə əhatələnib. Gecə boyunca davam edən yanğınsöndürmə işləri nəticəsində alovun geniş əraziyə yayılmasının qarşısı alınıb. Türkiyənin əkinçilik və meşə təsərrüfatı naziri İbrahim Yumaklı Çanakkalenin Eceabat qəsəbəsindəki yanğınlar zamanı 700 hektar meşə sahəsinin yararsız hala düşdüyünü açıqlayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Fatih Terim də Bakıya gəlir
14/11/2024 - 12:26
Türkiyədə zəlzələ olub
19/10/2024 - 16:35