"VAQNER”İN TƏRKİBİNDƏ DÖYÜŞƏN KEÇMİŞ MƏHBUSLAR EVƏ BURAXILDI – Yevgeni Priqojin: “Qapımız həmişə sizin üzünüzə açıqdır” / VİDEO, FOTO

05/01/2023 - 12:15

"Vaqner" muzdlu ordusunun keçmiş məhbuslardan ibarət birinci qrupu Yevgeni Priqojinin müşayiəti ilə evə qayıdıb.

Qafqaz.media xəbər verir ki, Yevgeni Priqojin səhər tezdən "Vaqner" ilə müqavilə bağlamış keçmiş məhbusları evlərinə yola salıb və onların hamısı “İgidliyə görə” medalları ilə təltif olunublar. Yaralılar əlavə mükafatlar alıblar.

Priqojin yola salma mərasimində uzun-uzadı çıxış edərək alkoqolun, narkotiklərin və digər şirnikləndiricilərin, o cümlədən adrenalin insan orqanizminə təhlükələrindən danışıb:

“Kimisə son dəfə görürəm və kimisə yenə də görəcəyəm. Unutmayın ki, həyat sizə bu şansı verdi. Siz bu şansdan şərəflə yararlandınız, heç biriniz təslim olmadınız, vətəni müdafiə etdiniz. Bu 180 gündə hamı ölməyə hazır idi, bu günlərdən heç biri digərindən asan olmadı. İndi özümüzü ələ almalıyıq”.

Sonda Priqojin döyüşçülərə təşəkkür edərək bildirib ki, "Vaqner"in qapıları onların üzünə həmişə açıqdır.

 

Qafqaz.media