Xəzər dənizində ZƏLZƏLƏ
30/12/2024 - 06:22
Xəzər dənizinin Azərbaycan akvatoriyasında 4 maqnitudalı zəlzələ olub. Bu barədə Modern.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində zəlzələ qeydə alınmışdır”, – məlumatda nəql edilib. Bildirilib ki, yeraltı təkanların ocağı 65 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 00:14-də qeydə alınıb.