ABŞ Estoniyaya əlavə piyada bölmələri yollayacaq

08/12/2022 - 23:14

Estoniya Müdafiə Nazirliyinin rəsmiləri bildiriblər ki, ABŞ NATO-nun şərq cinahında müdafiəni gücləndirmək məqsədi ilə  “yaxın həftələrdə” Estoniyaya əlavə piyada bölmələri  göndərəcək.

Qafqaz.media-nın məlumatına görə, bu haqda Reuters xəbər verir.

Söhbət, adətən 80-250 əsgərdən ibarət ABŞ piyada rotasının bölməsindən gedir Yerləşdirmə Yüksək Mobil Artilleriya Raket Sistemi (HIMARS), müvafiq avadanlıq, eləcə də idarəetmə  və nəzarət sistemləri ilə müşayiət olunacaq.

“Bu qərar ABŞ-ın Estoniya və Baltikyanı ölkələrdə hərbi rotasiya  mövcudluğun əhəmiyyətli dərəcədə artmasına işarədir.  Həmçinin  ABŞ-ın regionumuzun təhlükəsizliyinə çoxdankı sadiqliyini və NATO-nun mövqeyinin əhəmiyyətli dərəcədə gücləndirdiyini nümayiş etdirir”, - Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33