Akademik Musiqili Teatr Gəncədə alqışlarla qarşılandı
Mədəniyyət Nazirliyinin təşkilatçılığı və maliyyə dəstəyi ilə regionlara təşkil olunan qastrol səfərləri proqramına uyğun olaraq, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Gəncədə "Qadınım" tamaşasını uğurla nümayiş etdirib.
Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun “Matryoşka” pyesi əsasında hazırlanan tamaşa Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təqdim olunub.
Quruluşçu rejissoru İradə Gözəlova olan səhnə əsərinində Əməkdar artist Nigar Şahmuradova, gənc aktyorlar Əmrah Dadaşov və Gültac Əlili, həmçinin teatrın xor artistləri iştirak ediblər. Tamaşasının quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Məlahət Qasımova, Videoqrafı Murad Həsənov, musiqi tərtibatçısı Əmrah Dadaşovdur.
Türk retro musiqilərinin səsləndirildiyi “Qadınım” tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Fuad BİLƏSUVARLI
Qafqaz.Media