Almaniya Ukraynaya "IRIS-T SLM" HHM sistemləri göndərəcək

20/12/2024 - 18:32

“İlin sonunadək Ukraynaya altıncı dəfə "IRIS-T SLM" hava hücumundan müdafiə sistemləri göndəriləcək”.

APA-nın məlumatına görə, bunu Almaniya kansleri Olaf Şoltz Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

Həmin sistemlər 40 kilometrədək uzaqlıqda yerləşən hədəfləri zərərsizləşdirmək qabiliyyətinə malikdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Almaniyada matəm elan edildi
21/12/2024 - 23:32