Astanada Suriya münaqişəsinin həlli müzakirə edilib

12/11/2024 - 18:04

11-12 noyabr 2024-cü il tarixlərində Astanada Suriya üzrə Astana formatında 22-ci Yüksək Səviyyəli Görüş keçirilib. APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb. Qeyd olunub ki, danışıqlar zamanı regional hadisələrin Suriyaya təsiri, xüsusən, təhlükəsizlik, humanitar və iqtisadi vəziyyət və terrorla mübarizə səyləri müzakirə edilib. Suriyada münaqişənin hərtərəfli həllinə nail olmağın yeganə yolu olan siyasi prosesin canlandırılması imkanları diqqət mərkəzində olub. İclasın nəticələrinə dair Birgə Bəyanat dərc olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Fatih Terim də Bakıya gəlir
14/11/2024 - 12:26
Türkiyədə zəlzələ olub
19/10/2024 - 16:35