Avropa İttifaqı öz qüvvələrini Rusiya ilə sərhədə göndərməyə hazırdır

17/11/2023 - 23:01

Avropa İttifaqının "Frontex" sərhəd nəzarəti agentliyi öz qüvvələrini Finlandiyaya, Rusiya ilə sərhədə göndərməyə hazırdır.

Bu barədə "Helsingin Sanomat" qəzeti məlumat yayıb.

“Frontex”in Finlandiyaya hansı kontingenti göndərəcəyi barədə hələ qərar verməyib. Kontingentin gəlişinin dəqiq vaxtı da hələlik məlum deyil.

Bundan əvvəl noyabrın 16-da baş nazir Petteri Orpo Finlandiya hökumətinin ölkənin şərqindəki 4 sərhəd keçid məntəqəsini bağlayacağını bildirib. Daxili işlər naziri Mari Rantanenin sözlərinə görə, Vaalimaa, Nuijamaa, İmatra və Niiraladakı keçid məntəqələri bağlanacaq, qərar 2024-cü il fevralın 18-dək qüvvədədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33