"Azərbaycan Hava Yolları" oktyabrın 10-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir

08/10/2023 - 21:31

Oktyabrın 10-dan etibarən "Azərbaycan Hava Yolları" Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir.

Bu barədə APA-ya "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin məlumat verilib.

Uçuşlarla bağlı hər hansı dəyişiklik və ya yenilik olduqda, sərnişinlərə dərhal məlumat veriləcək.

Aviaşirkət İsraildəki qeyri-sabit vəziyyətlə əlaqədar uçuşların müvəqqəti dayandırılması zamanı göstərilən anlayışa görə minnətdarlığını bildirir.

Əlavə məlumat əldə etmək üçün sərnişinlərə callcenter@azal.az elektron ünvanı vasitəsilə "Azərbaycan Hava Yolları"nın çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neftin bu günə olan qiyməti
26/09/2024 - 09:14
Neftin qiyməti artıb
26/08/2024 - 09:46