Azərbaycan, Özbəkistan və Qazaxıstan-dan sevindirici xəbər: Üç ölkə “Türk Avtomobil Sənayesi”ni yaratdı
Azərbaycan, Özbəkistan və Qazaxıstan “Türk Avtomobil Sənayesi” avtomobil istehsalçıları konqlomeratını yaradıblar. Qafqaz.media bu barədə "vestikavkaza" saytına istinadla bildirir.
Konqlomerat 65 milyondan çox əhalisi olan bazarları birləşdirəcək. "Türk Avtomobil Sənayesi" çərçivəsində "UzAuto Motors" Azərbaycandakı “Azərmaş” və Qazaxıstanın “Sarıarkaavtoprom” zavodları ilə daha sıx əməkdaşlıq edəcək. Bu zavodlar bir neçə ildir ki, Özbəkistanın tədarük etdiyi avtomobil dəstlərindən Chevrolet avtomobillərini yığır. Gözlənilir ki, Azərbaycan və Qazaxıstan zavodlarında “UzAuto Motors” şirkətinin köməyi ilə yeni Chevrolet modelləri yığılacaq və Özbəkistandan bu ölkələrə komponentlərin tədarükü artacaq.
Qafqaz.media