Azərbaycan-Rusiya münasibətləri ən yüksək səviyyədədir- Federasiya Şurası

08/12/2023 - 22:10

“Rusiya-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir”.

Bunu Rusiya Federasiya Şurasının sədrinin birinci müavini Andrey Yatskin Bakıda Azərbaycan Milli Məclisi ilə Rusiya Federasiya Şurası arasında ikitərəfli əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 20-ci yubiley iclasında deyib.

“Biz bu əlaqələrin intensivləşdirilməsinə xüsusi önəm veririk. Biz həm parlamentlərarası, həm də ondan kənarda əməkdaşlığımızı gücləndiririk”, - A.Yatskin bildirib.

O, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin artdığını qeyd edib:

“Regionların əməkdaşlıq etmək istəyi daha da artır. Nəqliyyat sektorunda əməkdaşlıq iki ölkənin iqtisadiyyatı üçün çox vacibdir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33