Bakı Ermənistan, Azərbaycan və Rusiya XİN rəhbərlərinin Moskva görüşünü ləğv etdi

21/12/2022 - 23:03

Bakı Ermənistan, Rusiya və Azərbaycan XİN rəhbərlərinin dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşünü ləğv edib.

Qafqaz.media bu barədə erməni KİV-lərinə istinadla bildirir.

Xatırladaq ki, gözlənilən bu üçtərəfli görüş haqda dekabrın 4-də mediada məlumat verilmişdi. Görüşdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, o cümlədən regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılmasının planlaşdırılırdığı deyilirdi.
Bildirilirdi ki, Azərbaycan XİN rəhbərinin qarşıdakı səfərini Rusiya-Azərbaycan konfidensial siyasi dialoqunun davam etdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi kontekstində nəzərdən keçirirlər. Amma necə deyərlər-sən saydığını say, gör fələk nə sayır....

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33