Bakıya istirahətə gəlmişdi, quyuya düşüb yaralandı - Açıqlama

04/09/2024 - 16:36

Masallıdan Bakıya istirahətə gələn gəncin kanalizasiya quyusuna düşərək xəsarət alması ilə bağlı məlumat yayılıb. Hadisənin dünən günorta saatlarında Azərbaycan prospekti 57 A ünvanında baş verdiyi deyilir. Zərərçəkənin sözlərinə görə, quyunun qapağı olsa da, qırıq olub. Nəticədə vətəndaş qapağın üstündən keçərkən içinə düşüb və müxtəlif bədən xəsarətləri alıb. “Qafqazinfo” xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidməti hadisə ilə bağlı açıqlama yayıb. Qurumdan gəncin düşdüyü quyunun kanalizasiya quyusu olmadığı bildirilib: “Azərbaycan prospekti 57 A ünvanı Yasamal rayonu ərazisində yerləşir. Rayon Sukanal İdarəsinin əməkdaşları hadisə yerindən videoməlumat hazırlayıblar. Məlum olub ki, kanalizasiya quyusu kimi təqdim olunan quyu kabel-kanal quyusudur, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin fəaliyyət sferasına aid deyil. Hadisənin Xidmətlə heç bir əlaqəsi yoxdur”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21
Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37