Belçikanın yeni hökuməti and içib
![](/sites/default/files/styles/slide/public/2025-02/ead573ef-b18c-386b-8ea3-67d33cbeefca_850.jpg?itok=rJLaW4Q_)
Sağçı radikal "Yeni Flamand Alyansı" partiyasının lideri, Baş nazir Bart De Veverin rəhbərlik etdiyi Belçikanın yeni hökuməti and içib.
“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, De Veverlə birlikdə Belçikanın yeni Nazirlər Kabinetinin 14 üzvü də and içib.
Belçikada 2024-cü ilin yayında parlament seçkiləri keçiriləndən bəri hakim koalisiyanın və yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqlarda kompromisə nail oluna bilmirdi. Danışıqlar masasında ən çətin mövzu "sosial-iqtisadi paket" olub.
Tərəflər müdafiə, miqrasiya və sığınacaq, iqlim və səhiyyə kimi məsələlərdə razılığa gəliblər.
Bart De Veverin rəhbərlik etdiyi "Yeni Flamand Alyansı" partiyası 2024-cü il iyunun 4-də keçirilən ümumi seçkilərdə qalib gəlib.