Boliviya Prezidenti: Ukraynadakı vəziyyətin sülh yolu ilə həllinin tərəfdarıyıq
19/11/2024 - 06:44
Boliviya Ukraynadakı vəziyyətin sülh yolu ilə həllinin tərəfdarıdır. APA xəbər verir ki, bunu ölkə Prezidenti Luis Arse G20 sammiti çərçivəsində bildirib. “Rusiya ilə Ukrayna arasında vəziyyət incədir. Bu və ya digər xalqa qarşı raket və ya digər ölümcül silahların göndərilməsinə dair çağırış isə heç vaxt Boliviya hökuməti tərəfindən dəstəklənməyəcək, - Arse qeyd edib.