Britaniyalı qadın Azərbaycana 112 min funt-sterlinq gətirmək istəyib
23/11/2023 - 15:15
Moskvanın “Domodedovo” hava limanında gömrükçülər Azərbaycana uçan sərnişinin baqajından 112 min funt-sterlinq (təxminən 240 min manat) nağd pul aşkar ediblər.
Rusiya KİV-ləri xəbər verir ki, qadının Britaniya və Rusiyanın ikili vətəndaşlığı var.
Məlumata əsasən, qadını 4 ilə qədər azadlıqdan mərhumetmə cəzası gözləyir.