Gimnaziadanı 8 medalla başa vurdular
Azərbaycan paracüdoçuları Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarını 8 medalla başa vurublar. Qafqaz. Media xəbər verir ki, Tahir Əlizadə (60 kiloqram), Hüseyn İsmayılzadə (73 kiloqram) və İlahə Əzizzadə (+57 kiloqram) qızıl, Ömər Qurbanov (60 kiloqram), Elxan Nəbizadə (73 kiloqram), İlham Əzizzadə (+73 kiloqram) ilə Elnarə Nizamlı (57 kiloqram) gümüş, Nurlana Məmmədova (+57 kiloqram) isə bürünc mükafata layiq görülüblər. Oktyabrın 30-dək davam edəcək oyunlarda 26 idman növü üzrə 71 ölkədən ümumilikdə 18 yaşadək 3687 idmançı mübarizə aparır. Azərbaycan Gimnaziadada 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.