İrəvan Avropa məhkəmə qapısından əliboş qayıtdı
22/12/2022 - 01:10
Məlum olduğu kimi, Ermənistan Laçın dəhlizində baş verənlərdə Azərbaycanı ittiham edərək Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdi. Qafqaz.media bildirir ki, bütün cəhdlərinə baxmayaraq İrəvanın əlləri çox ümid bəslədiyi məhkəmədən boş qayıtdı.
Belə ki, Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycanın Laçın dəhlizini bağladığını sübut edə bilmədi.
AİHM Azərbaycan hökumətinə sadəcə xatırladıb ki, o, insanların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə təhlükəsiz hərəkətini təmin etməlidir, xüsusilə Ermənistanda müalicəyə ehtiyacı olan ağır xəstələr üçün.
Qafqaz.media