İSRAİL İRANIN S-300-lərini MƏHV EDİB – Tehranın bir sıra strateji obyektləri müdafiəsiz qalıb

29/10/2024 - 11:46

İsrail ötən şənbə İrandakı hərbi obyektlərə hava zərbələri zamanı Rusiya istehsallı 3 ədəd S-300 zenit-raket kompleksini məhv edib. “AzPolitika” xəbər verir ki, bu barədə Amerika və İsrail rəsmilərinə istinadən “Wall Street Journal” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, İranın hava hücumundan müdafiə sisteminin əsas komponenti olan bu sistemlər, 100 İsrail döyüş təyyarəsinin iştirak etdiyi hava hücumu zamanı hədəflərə atılan yüzlərlə raketdən ən yaxşı halda bir neçəsini vura bilib. Bu hücum zamanı Rusiyanın İrana verdiyi dörd S-300 ZRK-dan üçü məhv edilib. Daha bir ZRK isə daha əvvəl İsrail qüvvələri tərəfindən zərərsizləşdirilib. Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məlumatına görə, S-300 komplekslərindən biri Tehran hava limanının yaxınlığında olub, digər ikisi isə enerji infrastrukturu obyektlərini - neft limanını, neft emalı zavodunu və təbii qaz yatağını qoruyub. İranla xidmətdə olan S-300 hava hücumundan müdafiə sistemi bu kompleksin ötən əsrin 90-cı illərinin sonlarında modernləşdirilmiş, 70-ci illərin sonunda sovet ordusunda silahlanmaya daxil edilmiş versiyasıdır. Analitiklərin fikrincə, S-300 sistemlərinin itirilməsi ilə İranın bir çox mühüm obyektləri raket hücumuna qarşı müdafiəsiz qalır. Onun Rusiyadan daha müasir S-400 hava hücumundan müdafiə sistemləri almaq imkanı yoxdur, çünki Moskva Ukraynada döyüş əməliyyatları aparmaq üçün bütün mövcud ehtiyatlardan istifadə edir. “Wall Street Journal” yazır ki, bu epizod Ukraynadakı döyüşlər zamanı Ukrayna ordusu tərəfindən bir neçə Rusiya S-300 sisteminin məhv edilməsi və daha müasir S-400 hava hücumundan müdafiə sistemlərinə uğurlu zərbələr endirməsi ilə birləşərək, Rusiya hərbi sənaye kompleksinin tərifli HHM sistemlərinin nüfuzuna zərər vurur. Qəzet bundan sonra Rusiya hərbi-sənaye kompleksinin ənənəvi müştərilərinin Cənubi Koreya, İsrail, Amerika və Çin silah istehsalçılarına üz tuttacağını vurğulayır.

 

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15