“KADIROV BAŞIMA QOYDUĞU MƏBLƏĞİ 500 MİN DOLLARA QƏDƏR ARTIRDI" – “Rusiyada məni ölüm cəzası, Qırğızıstanda isə ömürlük həbs gözləyir”

25/01/2023 - 11:56

Ukrayna tərəfində döyüşən “Turan” türk batalyonunun komandiri Almaz Kudabek oğlu Rusiyada faktiki olaraq ölümə məhkum olunduğunu bildirib.

Qafqaz.media xəbər verir ki, “Turan” batalyonunun komandiri rəhbərlik etdiyi bölük haqqında ətraflı məlumat verib:

“Hazırda “Turan” batalyonunda 6 müxtəlif milləti təmsil edən 600-ə yaxın insan var. Bizi ilk növbədə Putin hakimiyyətinə nifrət birləşdirir. Biz bir-birimizi tərcüməçilərsiz başa düşürük. İstər qırğız, istər azərbaycanlı, istər türk, istər uyğur, istər tatar, istər qazax. Döyüşçülərimiz ən qaynar bölgələrdə - Xersonda, Baxmutda, Zaporojyedə mövqe tuturlar. Düşmən ərazisində bir çox təxribat işləri də yerinə yetirirlər. Bizə görə, kim Kremlin maraqlarını müdafiə edirsə, əlinə silah alıb ukraynalıları öldürməyə gedirsə, avtomatik olaraq öz dinindən əl çəkir. Yəni bizim üçün döyüş meydanında müsəlman yoxdur, bizim üçün onlar rus ordusunun bütün nümayəndələri kimi eyni “çmobiklər”dir”.

В УКРАИНЕ СОЗДАН ТЮРКСКИЙ БАТАЛЬОН “ТУРАН”. КТО ОН – ЕГО ПРЕДВОДИТЕЛЬ АЛМАЗ КУДАБЕК УУЛУ? (ВИДЕО) – Новостной портал "Бомдод"

Almaz Kudabek oğlu sosial şəbəkələrdəki tərəfdarları haqda da danışıb: “Sosial şəbəkələrdə böyük auditoriyam var və mən Ukraynada baş verən gerçəklər və rusların burada hansı qeyri-insani hərəkətlər etdiyi barədə məlumat paylaşmağa başladım. “İnstaqram”da Kadırova sərt şəkildə müraciət etdim, cavab olaraq başıma 50 min dollar təyin etdi. Və mən “Turan”a rəhbərlik edəndə bu məbləğ 500 min dollara qədər artdı.

Rusiya Federasiyasında faktiki olaraq məni ölüm cəzası, Qırğızıstanda isə ömürlük həbs gözləyir. Məxfi xidmət əməkdaşları hələ də dostlarımı dindirir, məni təslim olmağa razı salmağa çalışırlar. Amma bu yolu sonunadək getməyə qərar verdim”.

Qafqaz.media