Keçmiş qondarma qurumun keçmiş "prezidenti"ndindirilmək üçün çağırıldı
13/11/2023 - 21:47
Noyabrın 13-də Ermənistan parlamentinin 44 günlük müharibənin şəraitini araşdırmaq üzrə İstintaq Komissiyası dindirilmək üçün Qarabağdakı keçmiş qondarma qurumun keçmiş "prezidenti" Samvel Şahramanyana məktub göndərib. İndi komissiya onun cavabını gözləyir.
Bu barədə Ermənistan parlamentinin Təhlükəsizlik və müdafiə daimi komissiyası məlumat yayıb.
Qeyd edək ki, məktub "Qarabağın Ermənistandakı nümayəndəliyinə" göndərilib.