"MAKRON MÜHARİBƏ CİNAYƏTLƏRİNƏ HAQQ QAZANDIRIR" - Ukraynanın xarici işlər naziri
“Rusiya və Belarus idmançılarının 2024-cü il Olimpiya Oyunlarına buraxılmasını zəruri hesab edən Fransa prezidenti Emmanuel Makronun mövqeyi iyrəncdir”.
Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya tviterdə yazıb.
“Rusiya fevral ayından bəri 184 ukraynalı idmançını öldürüb. İndi də Bax (Beynəlxalq Olimpiya Komitəsinin prezidenti (IOC) Tomas Bax - red.) Emmanuel Makrondan sitat gətirir ki, guya “idmanı siyasiləşdirmək olmaz”, Ukrayna, Rusiya və Belarus idmançılarına eyni münasibət göstərilməlidir. Müharibə cinayətlərinə haqq qazandırmaq üçün idmandan istifadə iyrəncdir”, - nazir tviterdə yazıb.
Qeyd edək ki, “Paris-2024” Olimpiya Oyunlarının 2024-cü il 26 iyul-11 avqust aralığında keçirilməsi planlaşdırılır.
Since February, Russia has killed 184 Ukrainian athletes. And now Mr. Bach is quoting Emmanuel Macron as allegedly saying “sports should not be politicized” and athletes from Ukraine, Russia and Belarus should be treated equally. Using sports to whitewash war crimes is sickening.
— Dmytro Kuleba (@DmytroKuleba) December 8, 2022