Merkel: Soyuq müharibə heç zaman bitməyib
08/12/2022 - 22:22
"Soyuq müharibə heç zaman bitməyib",- deyə Almaniyanın keçmiş kansleri Angela Merkel bildirib.
Hakimiyyətdə olduğu dövrlə bağlı ən tənqidi qeydlərində: “Rusiyanın tyəcavüzkarlığına daha tez reaksiya verməli idik”,- söyləyən xanım Merkel, sözügedən mövzuda “hər gün alovlu nitq irad etmədiyi üçün” özünü qınadığını deyib.
"Soyuq müharibə elə də bitmədi, çünki Rusiyanı razı salmaq mümkün olmadı" ,- deyə Merkel Die Zeit qəzetinə bildirib.
Merkel öz müsahibəsində həmçinin etiraf edib ki, Almaniya ordusunu modernləşdirsə də, “Putinin qarşısını almaq üçün kifayət qədər iş görməyib.”
Qafqaz.media