Ombudsman Aparatının rəhbəri: Cenevrə konvensiyalarının tələblərini yerinə yetirməyən dövlətlər var

20/12/2024 - 10:03

Cenevrə konvensiyalarının tələblərini yerinə yetirməyən dövlətlər var. "Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı Bakıda keçirilən Cenevrə Konvensiyasının 75-ci ildönümünə həsr olunan seminarda çıxışı zamanı deyib. O qeyd edib ki, Azərbaycan bu konvensiyanın iştirakçısıdır və onun tələblərini yerinə ən yüksək səviyyədə yetirən dövlətlərdən biridir: “Bu il Cenevrə Konvensiyasının qəbul olunmasının 75-ci ildönümüdür. Azərbaycan bu konvensiyanın iştirakçısıdır və onun tələblərini yerinə ən yüksək səviyyədə yetirən dövlətlərdən biridir. Ancaq heç də bütün dövlətlər bu konvensiya ilə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər”. A.Səfixanlı əlavə edib ki, mina xəritələrinin verilməsi beynəlxalq hüququn əsas predmetlərindən biridir. “Azərbaycan uzun illər işğala məruz qalsa da, Birinci və İkinci Qarabağ müharibələri dövründə beynəlxalq hüququn tələblərinə tam riayət edib. Saxlanılan, əsir düşən şəxslərə qarşı da beynəlxalq hüququn şərtlərinə əmək edilib”, - o vurğulayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ