Parisdə Azərbaycan kulinariyası təqdim olunub

24/11/2024 - 16:34

Fransanın paytaxtı Parisdə Azərbaycan kulinariyası təqdim olunub. “Report”un yerli bürosu bildirib ki, tədbir Fransanın aparıcı mühəndis məktəblərindən olan “Ecole des Mines de Paris - PSL”də baş tutub. Kulinariya tədbirinin keçirilməsində məqsəd müxtəlif ölkənin tələbələri arasında milli mətbəxlər vasitəsilə mədəni irslərini bölüşmək imkanı yaratmaqdır. Tədbirdə ölkəmizin kulinariya ənənələrini haqqında ətraflı məlumat verilib. Qonaqlar qutab, şəkərbura, paxlava və milli kulinariyadan digər nümunələrlə tanış olublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rasim Abdullayev vəfat etdi
26/11/2024 - 11:37
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04