Prezidentin səlahiyyətləri birinci vitse-prezidentə keçdi - ABŞ BOLUARTENİ PREİDENT KİMİ TANIDI / Yenilənib

08/12/2022 - 08:29

Amerika Dövlətləri Təşkilatının Baş katibi Luis Almaqro Perunun yeni Prezidenti Dina Boluarteni dəstəklədiyini bildirib.

Bu barədə L.Almaqro tviterdə bildirib.

“Peru Prezidenti Dina Boluarteni və onun milli birliyə çağırışını alqışlayırıq. Amerika Dövlətləri Təşkilatı olaraq biz demokratiyaya, sülhə, institutlara dəstəyi və inklüziv, açıq, səmimi dialoq vasitəsilə demokratik yolun təcili bərpasına ehtiyac olduğunu bir daha təsdiqləyirik”, - o qeyd edib.

*** 01:29

Prezidentin səlahiyyətləri birinci vitse-prezidentə keçdi - DİNA BOLUARTE DÖVLƏT BAŞÇISI KİMİ AND İÇDİ

Perunun birinci vitse-prezidenti Dina Boluarte çərşənbə günü dövlət başçısı kimi and içib.

TASS xəbər verir ki, andiçmə mərasimi parlamentin tviter səhifəsində canlı yayımlanıb.

"Tanrının, vətənin və bütün peruluların adına and içirəm ki, Peru Konstitusiyasına uyğun olaraq üzərimə götürdüyüm respublika prezidenti vəzifəsini bu gündən 2026-cı il iyulun 26-na qədər vicdanla yerinə yetirəcəyəm", - o deyib./report

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33