Psixoloqdan 10 qızıl qayda
Psixoloqdan 10 qızıl qayda - Bunlar həyatınızı dəyişəcək
Qafqaz.Media psixoloq Almara Məlikovanın həyatınızı dəyişdirəcək 10 qızıl qaydasını sizə təqdim edir:
1.Günə minnətdarlıq hissi ilə başlayıb və bu hisslə bitirin. Yaxınlarınıza, dostlarınıza, sevdiklərinizə yaxşı ki, varsan deməkdən çəkinməyin. Sevginizi bildirin, sahib olduğunuz hər şeyə görə şükür edin. Düşmənlərinizə sizə yaşatdıqlarına görə, o dərslərə görə təşəkkür edin. Hər yaşanan an bir dərsdir.
2. Hər yaşanan gün üçün bir plan tutun və nə etdiyinizi mütləq qeyd edin.
3. Məqsədlər qoyun və gün ərzində bu məqsəd üçün çalışın.
4. Sən də qüsursuz deyilsən. Ona görə də başqalarının qüsurlarını onlara bağışlamağı bacarın.
5. Toksik mühitlərdən çəkinin.
6. Əgər çalışdığınız işi bəyənmirsinizsə və sizin hədəfinizə yaxınlaşdırmırsa, işi dəyişin.
7. Olduğunuz mühitdə ruhunuzu sıxan, sizə mənfi təsir edən, enerjinizi aşağı düşürən insanlar varsa, onlardan uzaq durun.
8. Fikirlərinizə diqqət edin. Bu fikir məni hara aparır? Niyə bunu düşünürəm?
9. Özünüzə sual verin: Mənim istədiyim budur? Etdiyiniz hər hansı bir işdə öz intuisiyanıza qulaq asın.
10. Özünüzü sevin, özünüzü qəbul edin və həmişə gülümsəyin.
Almara Ağaqızı,
“Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyinin nəzdində yaradılmış PRİM – “Psixoloji Reabilitasiya və Autizm Mərkəzi”nin direktoru
Qafqaz.Media