Putinə etiraz edərək İsrailə köçmüşdü, bu dəfə isə… - ALLA PUQAÇOVA ÖVLADLARI İLƏ BİRGƏ TƏL-ƏVİVİ TƏRK ETDİ

23/10/2023 - 12:58

Rusiyalı müğənni Alla Puqaçova uşaqları ilə birlikdə İsraili tərk edib.

Bu barədə Rusiya mətbuatı yazıb.

Mənbənin sözlərinə görə, Puqaçova övladları Liza və Harri ilə birlikdə İsraili tərk edib. Ölkədəki təlatümlü vəziyyətə görə, o, uşaqları ilə birlikdə Kipr pasportlarından istifadə etmək qərarına gəlib. Sənətçi 2017-ci ildə orada villa aldıqdan sonra Kipr vətəndaşlığını alıb.

Xatırladaq ki, Puqaçova Rusiya-Ukrayna müharibəsi başlayandan az sonra Prezident Putinin siyasətinə qarşı çıxaraq, ailəsi ilə birlikdə İsrailə köçüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49