“Qazprom” və “Rosneft” əməkdaşlarının xaricə səfərləri qadağan edildi – HƏTTA TÜRKİYƏYƏ DƏ SƏYAHƏT EDƏ BİLMƏZLƏR…

16/12/2022 - 12:58

Rusiyanın neft və qaz dövlət şirkətlərinin bəzi işçilərinə xaricə səyahət qadağan edilib. Birinci halda söhbət bütün işçilərdən gedir, ikincidə yalnız rəhbərlikdən.

Qafqaz.media xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Qazprom” və “Rosneft”dəki mənbələr bildirib.

“Qazprom”un Sankt-Peterburq ofisinin əməkdaşı bildirib ki, onlara hətta Türkiyəyə səyahətə də qeyri-rəsmi qadağa qoyublar və bu, hətta işçilərin ən yaxın qohumlarına - həyat yoldaşlarına və uşaqlarına da aiddir.

Rosneft” və “Qazprom” neft axtarışlarını təxirə salır - AZƏRTAC

"Bizə xaricə getməyi qadağan etdilər. Səbəbləri isə açıqlanmadı", - qaz şirkətinin başqa bir əməkdaşı deyib. O iddia edir ki, “Qazprom”un təhlükəsizlik xidməti əmrin icrasına nəzarət edəcək və qadağa bir neçə gün əvvəl elan edilib.

"Bir çoxları artıq Yeni il bayramları üçün bilet alıb və otellər bron edib. Amma siz heç müalicəyə, hətta tətilə də gedə bilməzsiniz", - deyə mənbə bildirib.

Mənbə deyir ki, oxşar qadağa “Rosneft”-də də yaranıb. Onun sözlərinə görə, Rusiyanın ən böyük neft şirkətinin işçilərindən xaricə səyahəti qadağan edən əlavə müqavilə imzalamaları tələb edilib.

Lukoyl”, “Qazprom” və “Rosneft”lə bağlı BÖHRAN DƏRİNLƏŞİR

Mənbə dəqiqləşdirib ki, hələlik qadağa yalnız yüksək rəhbərliyə aiddir.

“Rosneft” və “Qazprom” bu iddiaları nə təsdiq, nə də təkzib edib.

Qafqaz.media