Qondarma “erməni soyqırımı”nın tanınması Ermənistan üçün artıq prioritet deyil

31/10/2024 - 11:39

Ermənistan xarici siyasətinin gündəliyində qondarma “erməni soyqırımı”nın tanınması məsələsi artıq prioritet deyil. APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan bildirib. XİN rəhbəri belə məsələləri tarixçilərin öyrənməli olduğunu vurğulayıb. Mirzoyan onu da qeyd edib ki, bu, xarici siyasət və diplomatiya məsələsi deyil.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15