Ərdoğan Fətullah Gülənin ölümündən danışdı - Video

23/10/2024 - 11:19

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FETÖ lideri Fətullah Gülənin ölümünə münasibət bildirib. “Qafqazinfo” “Anadolu Ajansı”na istinadən xəbər verir ki, o, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) vilayət rəhbərləri ilə görüşündə çıxışı zamanı danışıb. “Törətdikləri cinayətlərin, yoldan çıxardıqları insanların, beyinlərini yuduqları gənclərin, şəhid qanlarının hesabını ödəmədən bu dünyadan getdilər, lakin ilahi ədalətdən qaça bilməyəcəklər. Allahın əzabı şiddətlidir”, - Türkiyə lideri bildirib. Ərdoğan Güləni baş satqın adlandırıb: “Onun ölümü şəhidlərimizin ailələrinin ürəyinə bir az da olsa su səpdi”. Türkiyə lideri əlavə edib ki, rəhbərlik etdiyi dövlət heç vaxt qəyyumluğa, mafiyaya, terror təşkilatlarına, ədalətsizliyə, qanunsuzluğa boyun əyməyəcək: “Dövlət olaraq FETÖ tamamilə ləğv olunana qədər mübarizəmizi qətiyyətlə davam etdirəcəyik. İstər ölkədə, istərsə də dünyanın ən ucqar küncündə dövlətimizin bütün qurumları FETÖ-cülərı qarabaqara izləyəcək”.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Fatih Terim də Bakıya gəlir
14/11/2024 - 12:26
Türkiyədə zəlzələ olub
19/10/2024 - 16:35