Ərdoğan: Suriya və Livandan olan miqrantları ölkəyə buraxa bilərik

19/10/2024 - 20:17

Türkiyə Suriya və Livandan müharibə səbəbi ilə qaçan miqrantları ölkəyə buraxa bilər. APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransı zamanı bildirib. “Suriyadan ölkəmizə gələn qaçqınların üzünə qapımız hər zaman açıq olub. Hazırda da açıqdır. Xüsusilə belə bir müharibə dövründə oradan Türkiyəyə gələ biləcək insanlar varsa, Livan da onların arasındadır. Livandan ölkəmizə gələnlər olsa, qapımızı onlara da açıq saxlayırıq. Hazırda Livanda çox sayda türkmən var və biz bu türkmən soydaşlarımızı da qəbul edərik. Onlara dedim ki, biz qapılarımızı açıq saxlayırıq. Qapımız onların üzünə açıqdır”, - deyə Ərdoğan vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Fatih Terim də Bakıya gəlir
14/11/2024 - 12:26
Türkiyədə zəlzələ olub
19/10/2024 - 16:35