Rusiya müharibəni daha altı ay uzatmaq istəyir… - PUTİNİN SAVAŞLA BAĞLI PLANLARI ÜZƏ ÇIXDI…

29/01/2023 - 11:03

“Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı müharibəni daha altı ay davam etdirmək fikrindədir”.

Qafqaz.media xəbər verir ki, Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri diktatorun bununla qarşısına hansı məqsədlər qoyduğunu açıqlayıblar.

“Bloomberg”-ə danışan Kreml insayderlərinin fikrincə, Putin yeni hücuma hazırlaşır, təşəbbüsü ələ keçirməyə çalışır, çünki o, Ukrayna Silahlı Qüvvələrinin uğurlarından və Rusiya hərbçilərinin uğursuzluğundan narazıdır. Diktator qorxur ki, fevral və ya martda Ukrayna müdafiəçiləri daha çox güclə hücuma keçəcəklər.

Putin düşünür ki, vaxtı uzatsa, bu, ona müharibədə qalib gəlməyə imkan verəcək.

"Bu hesabat ISW-nin hazırkı qiymətləndirməsi və proqnozu ilə uyğundur. Kreml çox güman ki, önümüzdəki altı ayda liderliyi bərpa etmək və Ukraynanın hazırkı əməliyyat uğurları silsiləsinə son qoymaq üçün həlledici strateji addımlar atmağa hazırlaşır”, - analitiklər qeyd ediblər.

Ekspertlər hesab edir ki, “raşistlər”in Zaporojye vilayətini yarıb keçmək cəhdləri Ukrayna ordusunun dağılmasını təmin etmək məqsədi daşıya bilər. Sonra işğalçılar Rusiya Federasiyasının Belarusdan 2-ci motoatıcı diviziyasının hissələrini köçürdüyü Luqansk bölgəsində hücum üçün şərait əldə edə bilərlər.

Putin deyir ki, Ukrayna müharibəsi Rusiyanı gücləndirəcək

"Bu yaxınlarda baş verən hadisələr Rusiyanın planlaşdırılan hücumunun Luqansk vilayətini hədəf alacağını göstərir. Baxmayaraq ki, bu hücum Donetskin qərbindəki Vuhledarski rayonunda da həyata keçirilə bilər. Yeni hücumun Belarusdan Ukraynanın şimalını hədəf alması ehtimalı azdır. Rusiya qoşunlarının Belarusda zərbə qrupları yaratması ilə bağlı heç bir əlamət yoxdur”, - ISW qeyd edib.

Putinin isgal plani hesabi YANLIS CIXDI: Müharibə yalnız bu şərtlə bitə bilər - AÇIQLAMA

Ekspertlərin fikrincə, işğalçılar Belarusun infrastrukturundan və ərazilərindən təlim rotasiyaları üçün istifadə etməkdə davam edir. Bundan əlavə, rus təbliğatçıları Rusiya hərbçilərinin Ukraynanın şərqindən hücuma keçəcəyi və ya Xarkov vilayəti istiqamətində irəliləməyə çalışa biləcəyi xəbərini yayırlar.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

What's been happening?
12/12/2023 - 21:12