Sabah Saakaşvilinin növbəti məhkəmə prosesi keçiriləcək

10/01/2023 - 22:20

Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvilinin səhhəti ilə əlaqədar azadlığa buraxılması və ya cəzasının təxirə salınması ilə bağlı növbəti məhkəmə iclası yanvarın 11-də, saat 12:00-da keçiriləcək.

Qafqaz.media xəbər verir ki, bu gün Tbilisi Şəhər Məhkəməsində amerikalı nevroloq Şahin Laxan dindirilib. O, Mixail Saakaşvilinin ağır xəstə olduğunu bildirib. O, Saakaşvilinin ən ağır diaqnozlarını "müəyyən edilməmiş, sürətlə irəliləyən demensiya" və qıcolmar adlandırıb.

"Onun həyatı üçün təhlükə yaradan xroniki xəstəlikləri, xüsusən də lazımi müalicə edilmədikdə ani ölümlə nəticələnə bilən qıcolmalar və tutmalar var", - deyə o bildirib.

Amerikalı nevroloqun sözlərinə görə, Mixail Saakaşvili həm də polifarmasiyadan əziyyət çəkir. Eyni zamanda, o, mövcud şəraitdə Mixail Saakaşvilinin sağalması imkanını görmür.

Qafqaz.media