"Türkiyədə baş verən dəhşətli faciə ürəyimizdə dərin ağrılar yaratdı" - ZELENSKİ

11/02/2023 - 19:09

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdəki Türkiyə səfirliyinə gələrək matəm kitabını imzalayıb.

Bu barədə Prezident Zelenskinin "Facebook" hesabında paylaşım edilib.
"Türkiyədə baş verən dağıdıcı zəlzələdə həlak olanların xatirəsini ehtiramla anırıq. Bir anda bu qədər insanın həyatına son qoyan dəhşətli faciə bizim ürəyimizdə dərin ağrılar yaratdı. Türk xalqının dərdinə şərikik və bu çətin zamanda yardım edirik. Mərhumların xatirəsi əbədidir. Yaralıların tezliklə şəfa tapmasını diləyirik", - deyə Ukrayna prezidenti yazıb.