Türkiyəli nazir: Rusiyadan alınan S-400-ü istifadə etməyə hazırıq

16/11/2023 - 23:16

Türkiyə, lazım gələrsə, Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemlərindən istifadə etməyə hazırdır.

 "CNN Türk" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​deyib.

"Biz S-400-ləri alıb, onları uzaq küncə sıxışdıra bilmərik. Ehtiyac olanda "komplekslərdən istifadə et" düyməsini sıxacağıq", - nazir bildirib.

Xatırladaq ki, Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində dörd S-400 hava hücumundan müdafiə sistemi alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33