"Yapı Kredi Bank Azərbaycan"ın aktivləri 21 milyon manatdan çox azalıb

12/10/2023 - 23:06

"Yapı Kredi Bank Azərbaycan" ASC 2023-cü ilin III rübündə 10,1 milyon manat xalis mənfəət əldə edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 26 dəfə çoxdur. Bank 2022-ci ilin eyni dövründə 391,5 min manat xalis mənfəət açıqlayıb.

"APA-Economics" bu barədə bankın rüblük maliyyə hesabatına istinadən xəbər veri

Bankın faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən 47% artaraq 27,3 milyon manata yüksəlib. Bankın faiz xərcləri 1,71 milyon manat, qeyri-faiz gəlirləri 16,31 milyon manat və qeyri-faiz xərcləri 27,53 milyon manat olub. Nəticədə "Yapı Kredi Bank Azərbaycan" 14,4 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2 dəfə çoxdur.

Bununla belə, 2023-cü ildə bank kiçilməkdə davam edib. 1 oktyabr 2023-ci il tarixinə bankın cəmi aktivləri 4,4% və ya 21,3 milyon manat azalaraq 460,6 milyon manata enib. Bankın kredit portfeli isə ilin əvvəlinə nisbətən 8,6% artaraq 257,3 milyon manata yüksəlib.

Hesabat dövründə "Yapı Kredi Bank Azərbaycan"ın öhdəlikləri 8,1% və ya 32,2 milyon manat azalaraq 365,7 milyon manata enib. Bank depozit portfelinin isə 37,6 milyon manatlıq hissəsini itirib. Bu dövrdə "Yapı Kredi Bank Azərbaycan"ın depozit portfeli 363,8 milyon manatdan 326,2 milyon manata enib. Bankın depozit portfelində azalması əsasən şirkətlərin əmanətlərini geri çəkməsi ilə bağlı olub. Belə ki, ilin əvvəlinə nisbətən fiziki şəxslərin bankdakı əmanətləri cəmi 687,9 min manat azalaraq 80,06 milyon manata enib. Hüquqi şəxslərin bankdakı depozitləri isə 36,9 milyon manat azalaraq 246,1 milyon manata bərabər olub.

"Yapı Kredi Bank Azərbaycan" bununla belə, bu il oktyabrın 1-nə cəmi kapitalını 13% və ya 10,8 milyon manat artıraraq 94,8 milyon manata çatdırıb.

2023-cü il oktyabr ayının 1-nə “Bank VTB Azərbaycan”ın cəmi kapitalı 10.9% və ya 8 milyon 734 min manat artaraq 88 milyon 953 min manat təşkil edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neftin bu günə olan qiyməti
26/09/2024 - 09:14
Neftin qiyməti artıb
26/08/2024 - 09:46