Zelenskinin Saakaşvili ilə bağlı bəyanatına Moldova prezidenti də qoşuldu – GÜRCÜSTAN HÖKUMƏTİNƏ MÜRACİƏT

22/12/2022 - 13:02

Moldova prezidenti Maya Sandu Ukrayna prezidenti Vladimir Zelenskinin Gürcüstan hakimiyyətinə eks-prezident Mixail Saakaşvilinin xaricdə müalicə almasına icazə vermək çağırışını dəstəkləyib.

Qafqaz.media bu barədə Gürcüstanın Apsny.ge saytına istinadən xəbər verir.

“Biz həbs şəraiti ilə bağlı Mixail Saakaşvilinin həyati təhlükəsinin olmasından narahatıq. Moldova Gürcüstan hökumətinin keçmiş prezidentin sağlamlığını qorumaq məqsədilə müalicə üçün xaricə getməsinə icazə vermək çağırışına qoşulur”, - Sandu “Tvitter” hesabında yazıb.

Qeyd edək ki, bu, onun dekabrın əvvəlindən bəri Saakaşvilinin həyatı ilə bağlı narahatlığını göstərən ikinci müraciətidir.

Ukrayna prezidenti Vladimir Zelenski iki gün əvvəl Gürcüstan hakimiyyətini mərhəmət göstərməyə və Mixail Saakaşvilini Avropa, ABŞ və yaxud da Ukraynaya köçürməyə çağırıb.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33