“ABŞ Ukraynadakı hərbi əməliyyatlarda birbaşa iştirak edir” – RUSİYADAN AÇIQLAMA

29/01/2023 - 12:09

“Kiyevə ağır silahların çatdırılması ABŞ-ın Ukraynadakı hərbi əməliyyatlarda birbaşa iştirakına dələlət edir”.

Qafqaz.media xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün Teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Amerika təlimatçıları və muzdluları Ukrayna ərazisində işləyir.

"Bu gün Vaşinqton və NATO üçün Ukrayna silahlarını və müharibə aparmağın yeni üsullarını sınaqdan keçirmək üçün təlim meydançasıdır", - Volodin bildirib.

Dövlət Dumasının spikeri həmçinin bəyan edib: “Ukraynada öz təsirini saxlamaq üçün Vaşinqton Kiyev rejimi ilə birlikdə insanları siyasi hüquq və azadlıqlardan məhrum etdi, müxalifəti məhv etdi: etiraz edən medianı bağladılar, siyasi partiyaları qadağan etdilər, kilsəni təqib etdilər. Bir sözlə, ölkə talan edilib”.

Qafqaz.media