Atası Çimnazın ölümündən danışdı

18/01/2025 - 06:54

Aktrisa Çimnaz Sultanovanın atası Mütəllim Heybətov qızının ölümündən danışıb. Qafqaz.Media xəbər verir ki, o, “Xəzər axşamı” verilişinə açıqlama verib: “Anası rəhmətə getdi, ağlaya bilmirdi, stres keçirirdi. Sentyabrın 25-də anası öldü, oktyabrda ağrıları başladı. Anasının 40 mərasiminə 1 həftə qalmış pisləşdi. Mənə zəng etdi ki, ata, gəl. Getdim, dedi ki, ölürəm, apar məni həkimə. Mədə, bağırsaq keçməzliyi yarandı. Bunu düzüb-qoşduq, gəldi evə, bizimlə otururdu. Həkimə dedim ki, nə zaman sağalacaq? Dedi, ay yarıma. 21-ci gündə zəng gəldi, həkim dedi, gəl. Mənə dedi ki, ata, depozit istədilər. Apardım depoziti qoydum. Deyirəm, axı həkimlər deyirdi 2 ay keçməlidir, 21 gün tezdir. 7 saat əməliyyat keçdi. Bir gün keçdi, yenə çağırdılar ki, vəziyyəti pisdir. Cərrahlar baxanda deyirdi ki, 21 gün tezdir, 2 ay keçməlidir. Bunu saldılar kritik ölümə. Günü-gündən psiləşdi. Ayaqları tutuldu, gəzə bilmədi. Həkim deyir, ölümdən qurtarmışıq. Deyirəm, qızım ayaqları ilə xəstəxanaya gəlib, siz ölümə salmısınız. Heç vaxt təzyiqi yox idi, təzyiqini qaldırdılar. Səhər getmişdim yanına, deyirdi, sıyıq, kəsmik yemişəm”. Qeyd edək ki, aktrisa Çimnaz Sultanova 15 yanvar tarixində bağırsaq xərçəngindən 45 yaşında vəfat edi

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Nəbi Xəzrinin şeirləri
15/01/2025 - 13:51
YUXU - Hekayə
08/01/2025 - 20:46
Şahnaz Şahinin şeiri
04/01/2025 - 09:40
Kuklaçıların bayram sovqatı
30/12/2024 - 04:57
“Qırxdan sonra…”
28/12/2024 - 10:19
Ərzin əşrəfi
21/12/2024 - 20:51
Rəşad Məcidin şeirləri
21/12/2024 - 19:11
Ərzin əşrəfi
21/12/2024 - 05:52
Ərzin əşrəfi
20/12/2024 - 07:43