Axısxalı qadınlar Elazığda zəlzələdən zərərçəkənlər üçün konteyner şəhərcikdə çörək bişirirlər - FOTOLAR

09/02/2023 - 11:14

Ukraynadan təxliyyə olunaraq Elazığın Aşağıdəmirtaş müvəqqəti yaşayış yerlərində məskunlaşdırılan Axısxa Türkü olan qadınlar qardaş Türkiyədə zəlzələdən zərərçəkən vətəndaşlar üçün könüllü olaraq konteyner şəhərcikdəki çörəkxanalarda çörək bişirirlər.

Qafqaz.media xəbər verir ki, hazırda ən çox ehtiyac duyulan qida vasitəsi olan çörəyi bişirib, zəlzələdən zərərçəkənlərə çatdırmaq istəyən konteyner şəhərcikdə yaşayan Axısxalı qadınlara Elazığ Valiliyi tərəfindən 100 kisə un yardımı edilib. Qadınlar da zəlzələdən zərərçəkənlər üçün öz evlərindəki çörəkxanalarda çörək bişirməyə başlayıblar.

DATÜB Ukrayna Nümayəndəliyi Qadın Qolunun dünən verdiyi açıqlamaya görə, ilk etapda əlli kisə un paylanılıb və səhərə qədər 4500 çörək bişirilməsi hədəflənib.

Zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, geridə qalanlara isə səbr diləyən Axısxalı qadınlar, çörək bişirmək və ehtiyacı zərərçəkənlərə öndərmək üçün birlikdə çalışdıqlarını bildirib, onlara dəstək olan hər kəsə təşəkkür ediblər.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12