"Axtarış-xilasetmə əməliyyatları lazımi sürətlə aparılmır" - ƏRDOĞAN

10/02/2023 - 16:14

"Axtarış-xilasetmə əməliyyatları lazımi sürətlə aparılmır".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əsas prioritet insan amilidir: "İndiyədək 94 müxtəlif ölkədən dəstək təklifi gəlib. Əcnəbi və yerli mütəxəssislər axtarış-xilasetmə tədbirlərini davam etdirirlər. Təəssüf ki, axtarış-xilasetmə tədbirləri lazımi qədər sürətlə davam etmir”.