Azərbaycan və Türkiyə XİN başçıları Orta Dəhlizə dair müzakirə aparıb
18/01/2025 - 13:41
Bakı-Tbilisi-Qars dəmir yolunun 1 milyon tondan 15 milyon tona artırılması, Bakı Dəniz Limanının imkanlarının artırılması Orta Dəhlizin potensialını artırır. APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında bildirib. Ceyhun Bayramov deyib ki, türkiyəli həmkarı ilə bu mövzuda müzakirə aparılıb.