Azərbaycanın Türkiyədəki səfirliyi vətəndaşlarımıza müraciət edib
11/02/2023 - 22:03
Türkiyədəki zəlzələ bölgəsindən Azərbaycan vətəndaşlarının təxliyəsi ilə bağlı qaynar xətt yaradılıb.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
“Zəlzələdən zərər çəkmiş bölgələrdə məskunlaşmış Azərbaycan Respublikası vətəndaşları təxliyə üçün +90 535 577 61 68 nömrəli qaynar xətt vasitəsilə səfirliklə əlaqə saxlaya bilərlər. Təxliyə yalnız zəlzələ bölgəsinə aiddir!”, - deyə məlumatda qeyd olunub.